Daha bir böyük bankdan kriptovalyuta investorlarına ŞAD XƏBƏR | Banco.az

Daha bir böyük bankdan kriptovalyuta investorlarına ŞAD XƏBƏR

Lixtenşteyndə yerləşən “Bank Frick” kriptovalyuta investorlarına yönələn böyük yeniliyə imza atıb. Bankın müştəriləri bundan sonra kriptovalyutalara sərmayə qoya biləcək.

Bankdan verilən açıqlamda hesab sahiblərinin bundan sonra soyuq depolarda saxlanılan 5 fərqli kriptovalyutanı ala biləcəkləri qeyd olunub.

Lixtenşteyn mərkəzli özəl bank beynəlxalq müştərilərə uyğun müxtəlif maliyyə xidmətləri təklif edir. Bankdan verilən açıqlamada “bu gündən etibarən peşəkar bazar iştirakçıları maliyyə vasitəçiləri 5 böyük kriptovalyutaya sərmayə qoya biləcək” deyə qeyd olunub. Həmin kriptovalyutaların Bitcoin, Bitcoin cash, Litecoin, Ripple və Ethereum olduğu və müştərilərin ödənişləri avro, dollar və İsveçrə frankı ilə edə biləcəkləri vurğulanıb.

Bank digər aktivlərə tətbiq olunan mövcud tənzimləmələrlə yanaşı, soyuq saxlama cihazlarından istifadə edərək müştəriləri oğurluq hadisəsindən qorumağı planlaşdırır. Bu cihazlarla birlikdə bütün vasitələr fiziki olaraq internetdən ayrılacaq. Digər tərəfdən, Lixtenşteyn və Avropa qanunlarına tam uyğun gələn kriptovalyuta xidmətindən yararlanmaq istəyən müştərilərin yoxlama prosesinin tamamlanması lazımdır. Bankın müştəri xidmətləri üzrə rəsmisi Hubert Miçel:

“Avropa şirkətləri bankımızın xidmətlərinə böyük tələb nümayiş etdirirlər. Çünki bilirlər ki, bankımız vasitəsilə mövcud qanun sistem daxilində iş modellərini kriptovalyutalar və blockchain ilə ən yaxşı şəkildə nizamlaya bilərlər. Kripto bank xidmətimizi ənənəvi bank xidməti ilə eyni səviyyədə saxlamaq niyyətindəyik”.

Ənənəvi maliyyə – kripto ekosistemi

Ötən günlər ərzində “Goldman Sachs”-ın “Circle” bazarının məşhur birjalarından olan “Poloniex”-i alması xəbəri yayıldı. Bütün bu həmlələr göstərir ki, ənənəvi maliyyə sistemi ilə kriptovalyuta ekosistemi arasındakı məsafə getdikcə qısalır. İnnovasiyaya və yeniliyə açıq ölkələrin iqtisadiyyatında iki bazar bir-biri ilə birləşir və daha səmərəli nəticə əldə olunur.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et