Daha bir beynəlxalq şirkət zəlzələdən zərərçəkmişlərə yardım göndərib | Banco.az

Daha bir beynəlxalq şirkət zəlzələdən zərərçəkmişlərə yardım göndərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Philip Morris International” şirkəti zəlzələ bölgəsinə 40 milyon TL dəstək verəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli tütün məmulatları istehsalı şirkəti “Philip Morris İnternational” sosial media hesablarında zəlzələdən zərər çəkmiş bölgələrin təcili və orta müddətli ehtiyaclarını qarşılamaq üçün 2 milyon dollar (təxminən 40 milyon TL) dəyərində ianə fondu yaratdığını açıqlayıb.

Dünyanın 180 ölkəsində fəaliyyət göstərən “Philip Morris International” şirkətinin könüllü əməkdaşlarının təşəbbüsü ilə həyata keçirilən kampaniya çərçivəsində bu günə qədər yaradılmış dəstək fondu ilə ilk gündən bölgəyə qida və gigiyena materiallarının tədarük edildiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, regionda zəlzələdən zərərçəkənlərə sığınacaq vermək üçün konteynerlər və 350 əlil arabası göndəriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et