Daha bir bankın rəhbərliyində dəyişiklik olub | Banco.az

Daha bir bankın rəhbərliyində dəyişiklik olub

"Nikoil Bank" ASC-nin İdarə Heyətində (İH) dəyişiklik olub. "Report" xəbər verir ki, Bankın İH-nin sədr müavini Sergey Savelyev və İH-nin üzvü Fazil Hüseynov vəzifələrindən azad edilib.

Onların yerinə Fərhad Hacinski (sədr müavini) və Sergey Xmurin (üzv) təyin ediliblər.

F.Hacinski vaxtilə "Rabitəbank" ASC-nin İH-nin sədr müavini olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Nikoil Bank" 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 17,25 mln. səhm əsasında formalaşıb.

Bankın səhmlərinin 56,4%-i "Topaz İnvestments" QSC-yə, 42,6%-i "Nikoil" QSC-yə, 1%-i isə "ISR Holding" MMC-yə məxsusdur.