ExpressBank 2017-ci ilin ilk rübünü 2,636 mln manat mənfəətlə başa vurub, bu haqda bankın maliyyə göstəriclərinə istinad edən Banco.az portalı məlumat verir.
Cari ili ilk rübünə olan məlumata əsasən, bankın faiz gəlirləri 6,701 mln manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə olan göstəricidən 29% daha azdır. Qeyri faiz zərəri isə 3, 376 mln civarında formalaşıb. Bank ilk rübdə məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarında 2,197 mln qazanc əldə edib.
ExpressBankın xalis əməliyyat mənfəəti 2,171 mln manat ətrafında foralaşıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 60% azalma deməkdir. Lakin ötən ilin analoji dövrü ilə müqayisədə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədi ilə ayırılan xüsusi ehtiyatların həcmi kəskin azaldığından, yekunda bank rübü müsbət başa vura bilib. 2015-ci ildə ayırılan ehtiyatların həcmi 6 milyon manat civarında olduğu halda, bu il həmin rəqəm 465 min manat olub. Görünür bunun səbəblərindən biri də bankın ümumilikdə kredit potfelinin həcmində kiçilmənin olmasıdır.
Cədvəldə ötən ilin müvafiq dövrü ilə müqayisəni görə bilərsiniz.
Ötən ilin eyni dövrü ilə müqayisədə ExpressBankın depozit portfelində 35%, cəmi kapitalın həcmində isə 3% yüksəlmə olub. Bankın aktivləri cüzi azaldığı halda, bankın kredit portfeli 2016-ci ilin rübü ilə müqayisədə 31% kiçilib. Beləliklə, bankın aktivlərinin həcmi 290, 626 mln, kredit portfeli 171,949 mln, depozit portfeli isə 97,863 mln manat ətrafında formalaşıb. Daha bir vacib məqam isə kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatların həcminin də 72% azalmış olmasıdır.
Ətraflı diaqramda izləyə bilərsiniz.
Könül Soltanova, Banco.az