Daha bir bank zərərlə işləməkdə davam edir | Banco.az

Daha bir bank zərərlə işləməkdə davam edir

Turanbank 31 mart 2018-ci il tarixinə maliyyə nəticələrini açıqlayıb.

Belə ki, sözügedən tarixə bankın cəmi aktivləri 495,054 mln. manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azdır. Bankın aktivlərinin 21,383 mln. manatını nağd vəsaitlər, 81,427 mln. manatını nostro hesablardakı məbləğlər, 60,958 mln. manatını isə banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər təşkil edib.

Cari ilin mart göstəricilərinə əsasən bankın öhdəliklərində də azalma müşahidə olunub. Öhdəliklər 2017-ci ilin birinci rübü ilə müqayisədə 9,2% azalaraq 480,365 mln. manatdan 436,114 mln. manata düşüb. Bankın depozit portfeli isə 224,753 mln. manat həcmində olub.

Ən sərfəli kredit üçün müraciət et

Turanbank-ın kapitalında isə ciddi dəyişikliklər olmayıb və cari ilin 31 mart tarixinə 58,940 mln. manat həddində qalıb.

ZƏRƏRDƏDİR

2018-ci ilin ilk 3 ayında xərcləri gəlirlərini üstələyən bankın əməliyyat zərəri 70 min manat olub və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 146 min manat ayırıb. Nəticədə, Turanbank ilin ilk rübünü 216 min manat zərərlə başa vurub.

Qeyd edək ki, bank ötən ilin ilk rübünü 1,199 mln. manat, ötən ilin sonunu isə 725 min manat zərərlə başa vurmuşdu.

Ən sərfəli krediti almaq üçün müraciət et