Daha bir bank zərər açıqladı | Banco.az

Daha bir bank zərər açıqladı

Pakistan Milli Bankının Bakı filialı (NBP Baku) 2019-cu ilin 9 ayını 297 min manat zərər ilə başa vurub.

Cari ilin yanvar-sentyabr dövründə Pakistan Milli Bankının Bakı filialının cəmi gəlirləri 300 min manat, cəmi xərcləri isə 647 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 347 min manat əməliyyat zərəri yaranıb. Ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatın 50 min manatının azad olması hesabına zərər 297 min manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

30 Sentyabr 2019-cu il tarixində Pakistan Milli Bankının Bakı filialı 10 milyon 425 min manat cəmi aktivlərə malik olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et