Daha bir bank qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini artırıb | Banco.az

Daha bir bank qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini artırıb

 Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından daha biri manatla qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini artırıb, söhbət "Unibank" ASC-dən gedir.

Məlumata görə, hazırda "Unibank"da milli valyuta ilə 1 illik müddətinə əmanətlər faizlərin aylıq və müddətin sonunda ödənilməsindən asılı olaraq 15,5%-16%-lə qəbul edilir. İndiyə qədər bu göstərici 13-14% olub. Bankın ABŞ dolları və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur. 

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "MBank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın nizamnamə kapitalı 70 565 232 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhm əsasında formalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 15,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 8,33%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 15,2%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Mənbə :Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et