Müəllif - Aida İsaq, Banco.az
Qırğızıstanın ilk dövlət bankı olan “Ail-Bank” “Mir” kartları ilə xidmət göstərməyi dayandırıb. Banco.az xəbər verir ki, bu barədə bankın rəsmi saytında məlumat verilib.
Bankomatlarda, POS-terminallarda ödəniş kartları ilə bağlı, NSPK daxilində müştəridən müştəriyə ödəniş kartlarına pul köçürmələri kimi xidmətlərin 25 oktyabr 2022-ci il tarixindən etibarən müvəqqəti olaraq dayandırıldığı bildirilir. Məhdudlaşdırılmanın texniki səbəblərlə əlaqəli olduğu vurğulanır.
Qeyd edək ki, “Ail-Bank”ın səhmlərinin 100%-i Qırğızıstan hökumətinə məxsusdur. Yerli Mərkəzi Bankın əvvəllər yaydığı məlumata görə, Rusiya ödəniş sisteminin kartlarına xidmət göstərilməsi ilə bağlı qərar bankların öz ixtiyarındadır. Tənzimləyici qurum onların işinə müdaxilə etmir.
Qırğızıstandakı kommersiya banklarına gəlincə, onlardan beşi (Qırğızıstan Bankı, Bakai-bank, Doskredobank, Kompanion Bank və Bank of Asia) artıq "Mir" ödəniş sistemi ilə əməkdaşlıqdan imtina edib. Rusiya ödəniş sisteminin kartları hazırda yerli Finka Bank tərəfindən qəbul edilməyə davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!