Daha bir bank kriptovalyuta investisiyasına keçəcək | Banco.az

Daha bir bank kriptovalyuta investisiyasına keçəcək

Tamara Mustafayeva, Banco.az

"Goldman Sachs"dan sonra "Saxo Bank" da kriptovalyuta növləri ilə investisiya qoyuluşuna imkan yaradan törəmə məhsul hazırlığındadır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Danimarkalı investisiya bankı "Saxo Bank"ın rəqəmsal investisiya departamenti olan "Saxo Markets" Bitkoin, Ethereum və Litekoinin daxil olduğu yeni investisiya xidməti yaratmağı planlaşdırır. Bununla da, treyderlər vahid marja hesabından kriptovalyuta növlərinin də alqı-satqısını icra edə biləcəklər.

Ötən həftənin çərşənbə günü edilən açıqlamaya görə, bank bir qolu ABŞ dolları, Avro və Yapon Yeni, digər qolu isə kriptovalyuta olan əməliyyatlar üzrə müvafiq xidmətləri həyata keçirə biləcək.

Qeyd edək ki, sözügedən xidmət ilkin mərhələdə Avstraliya və Sinqapurdakı müştərilər üçün əlçatan olacaq, ancaq daha sonra digər ölkələrdə də icrası təmin ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram