Avstraliyanın ən böyük banklarından olan “Commonwealth Bank of Australia” (CBA) bundan sonra müştərilərin Bitcoin və digər rəqəmsal valyutalar almaq üçün kredit kartından istifadə edəcəklərinə icazə verməyəcəyini bildirib. CBA-nin saytında bununla bağlı açıqlama verilib:
“Rəqəmsal valyutaların tənzimlənməmiş və yüksək dərəcədə dəyişən təbiətinə görə müştərilərimiz artıq rəqəmsal valyuta almaq üçün CBA kredit kartlarından istifadə edə bilməyəcəklər.
Müştərilərimiz hələ şərtlərimizə, və hüquqi öhdəliklərə uyğunlaşdığı müddətdə “Commonwealth Bank” əməliyyat hesablarını və bank kartlarını istifadə edərək rəqəmsal valyuta ticarəti edə bilərlər”.
Bu qadağa “Bankwest” müştərilərinə də tətbiq olunur və fevralın 14-dən qüvvəyə minib.
CBA-nin verdiyi bu qərar “JP Morgan Chase”, “Bank of America”, “Citigroup” və “Lloyds Banking Group” kimi bankların verdiyi qərarlardan fərqlənmir. Sözügedən banklar da eyni addıma imza atmışdı. Bu cür böyük bankların niyə kriptovalyuta ticarəti üçün kredit kartlarının istifadəsini qadağan edib, bank kartlarına müdaxilə etmədiyi maraqlıdır.
Son 24 ərzində 6.56 % dəyər qazanan Bitcoin-in Avstraliyadan gələn bu xəbərdən çox da təsirlənmədiyini söyləmək olar.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.