"AGBank" 2017-ci ilin maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bank 2017-ci ilin ilk rübündə 1 milyon 807 min 450 manatlıq zərər əldə edib.
Banco.az bankın rəsmi maliyyə məlumatlarına əsasən xəbər verir ki, 2017-ci ilin birinci rübündə bankın aktivləri 505 milyon 752 min 170 manat olub.
Bankın "balans hesabatı"na əsasən sözügedən dövrdə müştərilərə verilən kreditlər və lizinqlər 287 milyon 537 min 452 manat həcmində qeydə alınıb.
Cari dövrdə bankın depozit portfeli 210 milyon 398 min 730 manat həcmində olub.
Bütövlükdə bankın öhdəlikləri 453 milyon 513 min 865 manat olub.
31 mart 2017-ci il tarixinə AGBank-ın kapitalı 52 milyon 238 min ,303 manat həcmində qeydə alınıb.
1992-ci ildə təsis olunan “AGBank” ASC –nin səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment” LTD Amerika Sərmayə Fondu.
Bankın apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirilməsidir. Bundan əlavə bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır.