Daha bir bank gələn il qlobal artımın yavaşlayacağını gözləyir | Banco.az

Daha bir bank gələn il qlobal artımın yavaşlayacağını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Wells Fargo” 2023-cü ildə qlobal artımın yavaşlayacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq nəhənglərindən biri olan “Wells Fargo” 2023-cü il üzrə qlobal artım proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirərək ABŞ-da cüzi resessiya gözlədiklərini də açıqlayıb.

Bank cümə axşamı dərc olunan müştəri brifinqində qlobal iqtisadiyyatın 2023-cü ildə 1,7 faiz artacağını bildirib. Bu göstərici də, cari il üçün proqnozlaşdırılan 2,4 faizdən aşağı olduğu üçün gələn il iqtisadiyyatın geriləyəcəyinə işarə edir.

Digər tərəfdən, bank ABŞ-da illik başlıqlı inflyasiyanın indiki 7,7 faizdən 2023-cü ildə 3,8 faizə düşəcəyini gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et