Daha bir avtomobil şirkəti çip böhranına görə istehsalı dayandırdı | Banco.az

Daha bir avtomobil şirkəti çip böhranına görə istehsalı dayandırdı

Tamara  Mustafayeva, Banco.az

Alman avtomobil istehsalçısı "Opel" yarımkeçirici çatışmazlığı səbəbindən Almaniyanın Eyzenax şəhərindəki zavodun fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət açıqlama edərək tədarük zənciri ilə bağlı problemlər və qlobal çip böhranı səbəbindən Eyzenax şəhərində yerləşən və markanın "Grandland" modelinin hazırlandığı zavodun istehsal fəaliyyətini növbəti həftədən etibarən 2022-ci ilədək dayandıracaqlarını elan edib.

Xatırladaq ki, Almaniyanın ən mühüm sənaye sahələrindən biri hesab edilən avtomobil istehsalı müasir avtomobillərin hazırlanması üçün zəruri olan yarımkeçirici çatışmazlığı başda olmaqla tədarük zəncirindəki digər bir sıra problemlərin əsaslı təsirinə məruz qalıb. Bu yaxınlarda yayımlanan bir hesabata görə, cari çip böhranı qlobal avtomobil sektorunun 210 milyard dollar gəlir itirməsinə səbəb olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et