Daha bir avtomobil firması işçilərini ixtisar edəcək | Banco.az

Daha bir avtomobil firması işçilərini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volvo” şirkəti 1300 işçisini ixtisar edəcək.

Banco.az xəbər verir ki, İsveçin avtomobil istehsalçısı “Volvo Cars” şirkəti xərcləri azaltmaq planının bir hissəsi olaraq 1300 əməkdaşı ilə yollarını ayıracağını açıqlayıb.

Şirkətin bəyanatında  deyilir ki, avtomobil istehsalçısı növbəti aylar ərzində xərcləri azaltmağa və qlobal əməliyyatlarında səmərəliliyi artırmağa davam edəcək.

Ötən il başladılan "qənaət proqramı" çərçivəsində, əsasən, İsveçdəki ofislərdə çalışanlar olmaqla işçi qüvvəsinin 6 faiz ixtisar ediləcəyi qeyd olunan bəyanatda bu nisbətin şirkət işçilərinin 1300 nəfərinə bərabər olduğu bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Çinin avtomobil qrupu “Geely”nin törəmə şirkəti olan “Volvo Cars” 2030-cu ilə qədər tamamilə elektriklə işləyən avtomobillər satmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et