Daha bir Avropa ölkəsi kütləvi turizmlə mübarizəni gücləndirir | Banco.az

Daha bir Avropa ölkəsi kütləvi turizmlə mübarizəni gücləndirir

Müəllif:Ayşən İmanova/Banco.az

Yunanıstan həddindən artıq turist axını ilə mübarizə aparmaq üçün yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Fortune” məlumat yayıb.

Bildirilir ki, hakimiyyət məşhur turist bölgələrində qısamüddətli kirayə evlərə görə vergini artıracaq. Əldə edilən gəlir kütləvi turizmdən əziyyət çəkən bölgələrə yardım üçün istifadə olunacaq.

Bundan əlavə, ölkə 2025-ci ilə qədər məşhur adalara yanaşmağa icazə verilən kruiz gəmilərinin sayını məhdudlaşdırmaq niyyətindədir.

Qeyd olunur ki, dəniz yolu ilə Yunanıstan limanlarına gedən sərnişinlərdən ödəniş alınacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram