Daha bir Avropa ölkəsi Azərbaycan qazını almağa başlayacaq | Banco.az

Daha bir Avropa ölkəsi Azərbaycan qazını almağa başlayacaq

Albaniya 2026-cı ildə Azərbaycan təbii qazından öz ehtiyaclarını ödəmək üçün istifadə etməyi planlaşdırır.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verilir ki, bu məqsədlə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üzrə planlar hazırlanır.

“Trans-Adriatik Boru Kəməri (TAP) kimi mövcud infrastruktur vasitəsilə Albaniya enerji mənbələrini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycan qazının Avropa bazarlarına, o cümlədən İtaliyaya tranzitinə dəstək olmaqdır”, - “S&P” qeyd edir.

Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir. Bu, Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetrə qədər genişləndirilməsinin birinci mərhələsinin dövrünə təsadüf edəcək ki, bunun da 1 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub.

Beləliklə, Albaniya İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Gürcüstan, Türkiyə, Macarıstan və Serbiyadan sonra Azərbaycandan təbii qaz tədarük edən 9-cu ölkə olacaq. Eyni zamanda, Azərbaycandan qaz almaq istəyən bir qrup ölkə də var. Bunlar Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniyadır.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Avropaya təbii qaz ixracını 2021-ci ildəki 8 milyard kubmetrdən 2023-cü ildə 11,8 milyard kubmetrə qədər artırıb. Ümumilikdə, ötən il ölkə 23,8 milyard kubmetr qaz ixrac edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et