“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) müvəkkil qiymətləndiricilərinin siyahısında 3 yeni şirkət qoşulub.
AİF-in saytına istinadən xəbər verilir ki, bunlar “IVC – Beynəlxalq Qiymətləndirmə Mərkəzi”, “Real Estate Services” və “Əmlak Ekspert Mərkəzi” MMC-lərdir.
Bununla da, AİF-lə əməkdaşlıq edən qiymətləndirmə şirkətlərinin sayı 11-ə çatıb. Fondun müvəkkil banklarının sayı 25, müvəkkil sığortaçılarının sayı isə 16-dır.
Mənbə: Report.az