Beynəlxalq Hesablaşmalar Bankının (BHB) rüblük məruzəsində aralarında Braziliya, Türkiyə və Çinin də yer aldığı bəzi ölkələrin bank sistemində böhran ehtimalı olduğu bildirilib.
Banco.az "Report"a istinadən xəbər verir ki, özəl sektor kreditlərinin uzunmüddətli trenddən nə qədər kənarlaşdığını göstərən Kredit/ÜDM nisbəti Çində 25,4%-ə yüksələrək böyük iqtisadiyyata sahib olan ölkələr arasında ən maksimal həddə çatıb. İkinci sırada Türkiyə (16,6%), üçdə Braziliya (15,7%) qərarlaşıb. Sənəddə qeyd olunur ki, maliyyə tarixində bu nisbətin 10%-i keçdiyi ölkələrdə bank böhranının meydana gəlməsi riski 67%-ə bərabərdir.
Xatirlatmaq lazımdır ki, İndoneziya, Sinqapur və Tailandda da bu göstəricisi 10%-dən artıqdır.