Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib | Banco.az

Daha 3 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Bu barədə KOBİA-dan bildirilib.

Məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 81-ə çatıb.

Bildirilib ki, “Startap” şəhadətnamələri "Recepta" MMC-nin kassa çeklərinin rəqəmsallaşması üzrə platforma, "Too Far Logistics" MMC-nin sürətli kuryer xidməti üçün onlayn platforma, "İntelligent Services And Solutions Company" MMC-nin fasad yuma robotlarının istehsalı və satışı layihələri üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et