Daha 3 bankın lisenziyası əlindən alınacaq? | Banco.az

Daha 3 bankın lisenziyası əlindən alınacaq?

İqtisadçı alim, Vüqar Bayramov Mərkəzi Bankın, bankların lisenziyaları ilə bağlı verdiyi qərarın çoxdan gözlənilən olduğunu bildirib. Həmçinin o, eyni aqibətin daha bir neçə bankın başına gələcəyi proqnozunu da istisna etməyib.

"EvroBank" fəaliyyətsiz bank idi və ötən cümə günü onun lisenziyasının geri alınması ilə bağlı qərar sadəcə formal xarakter daşıyırdı. Sözügedən bank artıq xeyli müddətdir ki, ən adi bank funksiyalarını belə yerinə yetirmidi. O baxımdan, bu bank həmçinin simvolik olaraq “müştərisiz bank” kimi tanınırdı. Razılaşaq ki, ölkədə olduqca az insan bu ad ilə bankın olmasından xəbərdar idilər. Ona görə də, burada sadəcə xeyili müddət öncə müflis olmuş bankın rəsmi olaraq bağlanmasından söhbət gedir.

Azərbaycan Kredit Bankının isə minimum məcmu kapital ilə bağlı öhədliklərin yerinə yetirilməsində çətinlikləri var idi. Sözügedən bank minumum məcmu kapitalını ötən ilki 5.8 milyon manatdan bu ilin aprelinə, sonuncu rəsmi hesabatı yaydığı vaxtadək, 49 milyon manata çatdıra bilməsinə baxmayaraq hələ də Mərkəzi Bank məlum tavanına əməl edə bilmirdi. Eyni zamanda bankın idarə edilməsində, xüsusən də risk menecmentində problemlərin olması da istisna edilmir. Buna görə də, Mərkəzi Bank bu bankın fəaliyyətinin məhdudlaşdırılmasl barədə qərar qəbul edib.

Ən sərfəli kredit üçün müraciət et

Bütövlükdə sözügedən qərar bank sektoruna ciddi təsir göstərməyəcək. Söhbət marjinal təsirləri olan banklar ilə bağlı qəbul edilən qərardan gedir. Bununla yanaşı, ötən ilin payızında proqnozlaşdırıldığı bütövlükdə 5 bank ilə bağlı oxşar qərarların qəbulu gözlənilir. Deməli, bu ilin 2-ci yarisi və gələn il əvvəllərdinə daha 3 bankın fəaliyyətinin məhdulaşdırılması ilə bağlı qərar qəbul ediləcəyi istisna deyil. Bank sektorundakı mövcud vəziyyəti nəzərə alaraq Mərkəzi Bankın banklarların konseldasiyasına çalışması və zəif bankların birləşdirilməsi prosesini stimullaşdırması daha məqsədəuyğun olardı.

Ən sərfəli krediti almaq üçün müraciət et