CVC2 (card validation code 2) – MasterCard ödəniş sisteminin kartının əsilliyini yoxlamaq üçün mühafizə kodudur. Kod bank kartının arxa tərəfində istifadəçi imzasının olduğu hissənin yanında, kartın nömrəsinin son dörd rəqəminin göstərilməsindən sonra gəlir.
Kod həmişə üç şifrdən ibarət olur. Bu müstəqil elementdir, yəni o bank kartının nömrəsinin davamı deyil. Pin-koddan fərqli olaraq onu heç cür dəyişmək olmaz, yeganə yol yenidən təzə kart çıxartdırmaqdır.
Kod internet vasitəsi ilə ödənişlərin həyata keçirilməsi zamanı mühafizə elementi qismində istifadə olunur, belə ki CNP-transaksiyalarının aparılması vaxtı əməliyyatın həyata keçirilməsində nə istifadəçi özü, nə də onun kartı iştirak etmir. Son zamanlar kartların bu nömrələrinin oğurlanması hallarının sayının artdığına görə əlavə olaraq, CNP-əməliyyatlarının mühafizəsi üçün digər texnologiyalar da istifadə oluna bilər, məsələn MasterCard SecureCode (MCC)
Bəzi kateqoriya kartlarda kod göstərilməyə də bilər.
Digər ödəniş sistemlərində isə o həmçinin belə də adlandırıla bilər:
- - CID Card Identification Number (American Express and Discover);
- - CAV2 Card Authentication Value 2 (JCB);
- - CVV2 Card Verification Value 2 (Visa).
- Card Validation Value kodunu – kartın kriptoqrafiyasından ötrü maqnit zolağa yazılmış məlumatlar elementi ilə səhv salmayın.
- - CAV Card Authentication Value (JCB);
- - CVC Card Validation Code (MasterCard);
- - CVV Card Verification Value (Visa and Discover);
- - CSC Card Security Code (American Express).