Müəllif - Aida İsaq, Banco.az
İsveçrənin ikinci ən böyük bankı “Credit Suisse”nin ölkənin ən böyük maliyyə holdinqi UBS tərəfindən satın alınması maliyyə qurumunu tamamilə iflasa uğramaqdan xilas etdi. Eyni zamanda bu addım qlobal maliyyə bazarlarında hiss oluna biləcək böhran əlamətlərinin qarşısını aldı.
Banco.az xəbər verir ki, bunu İsveçrə Milli Bankının vitse-prezidenti Martin Şlegel bildirib. Onun sözlərinə görə, müvafiq razılaşma müqaviləsi qlobal bazarlarda yarana biləcək maliyyə çətinliklərinin qarşısı uğurla aldı. Müqavilə 3 milyard frank və ya 3,3 milyard dollar dəyərində qiymətləndirilib.
Qeyd edək ki, daha öncə “Credit Suisse Group”un sədri Axel Lehmann bankın ləğvinin və UBS tərəfindən satın alınmasının qarşısını ala bilmədiyi üçün kredit təşkilatının səhmdarlarına üzrxahlıq edib.
Bizi sosial şəbəkələrdən izləyin!!