Cozef Ştiqlits: "Kriptovalyutalar dərhal qadağan olunmalıdır" | Banco.az

Cozef Ştiqlits: "Kriptovalyutalar dərhal qadağan olunmalıdır"

Nobel mükafatı laureatı, iqtisadçı Cozef Ştiqlits (Joseph Stiglitz) kriptovalyutaları qadağan etməyi tövsiyə edib.

"Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, dünyaca məşhur iqtisadçı başda "bitcoin" olmaqla bütün kriptovalyutaların təhlükəli olmasına işarə edib: "Kriptovalyutalar təhlükəlidir... onların anlamı yoxdur, dərhal qadağan olunmalıdır".

Ən sərfəli kredit üçün müraciət et

C. Ştiqlits kriptovalyutaları "köpük" adlandırıb.  

Xatırladaq ki, 12 min dollaradək bahalaşan "bitcoin"ötən gün 2 min dollar ucuzlaşıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et