Çoxlarımızın günlərlə təsirindən çıxmadığı “Rokki” kinosundan 15 sitat | Banco.az

Çoxlarımızın günlərlə təsirindən çıxmadığı “Rokki” kinosundan 15 sitat

Rokki Balboa yadda qalan və ilham verən kino qəhrəmanlarından biridir. Nə qədər pis vəziyyətdə olsanız da, vaz keçməmək lazım olduğu mesajını verən kino, motivasiya qaynağı olmaqla bərabər potensialınıza çatmağınız üçün hərəkətə gətirəcək sözlər ilə doludur.

1) “Hər çempion bir vaxtlar vaz keçməyi rədd edən bir idmançıdır”.

2) “Bacarmayacağınızı düşündüyünüzdə bir round-a yenə çıxmaq… Bütün həyatımızı fərqli edən şey budur”.

3) “Məni məğlub edə bilmək üçün məni öldürmək lazımdır. Qarşıma çıxacaq boksçu ürəkli olmalı və bunu etmək üçün də özü ölməyə hazır olmalıdır”.

4) “Sən, mən və heç kim həyat qədər incitməz. Amma, həyatda əsas məsələ ağır zərbələrin sayı deyil, zərbələri necə qəbul etməyin və irəliləməyə necə davam etməyindir. Nə qədər çox zərbə alsanız da irəliləməyə davam edə bilərsiniz? Bax, qazanmaq belə bir şeydir”.

5) “Əgər mən dəyişə bildimsə, sən də dəyişə bilərsən. Hər kəs dəyişə bilər”.

6) “Unutma, zehnin sənin ən yaxşı əzələndir. Əzələli qollar qayaları hərəkətə gətirə bilər, amma böyük sözlər dağları yerindən oynadar”.

7) “İndi, əgər nə qədər dəyərli olduğunu bilirsənsə, çölə çıx və bunu əldə et. Amma, zərbələrə hazır olmalısan. Səni barmaqla göstərərək onların sayəsində olmaq istədiyin yerdə olduğunu deyənlərə fikir vermə. Bu, qorxaqların edə biləcəyi bir şeydir və sən qorxaq deyilsən”

Ən sərfəli kredit üçün müraciət et

8) “Heç kim heç kimə nəsə borclu deyil”.

9) “Daxili səsinizi eşitməyiniz haqqınızdır. Siz olmaq istədiyiniz yerdə olmaq və etmək istədiyinizi etmək haqqını qazandıqdan sonra heç kimin xeyr deməyə haqqı yoxdur”.

10) “Sənə bildiyin bir şeyi deyim. Dünya tamamilə gün işığı və göy qurşağından ibarət deyil. Son dərəcə ədalətsiz və pis bir yerdir. Səni dizlərindən vurmağa çalışar və əgər sən buna icazə versən, həmişəlik eyni yerdə qalarsan”.

11) “Digər insanların düşündüyü kimi düşünməyi uzun müddət öncə tərk etdim. Necə düşünürsənsə, elə düşünməlisən”.

12) “Olmaq istədiyin yerə çata bilmək üçün qarşına çıxanlarla mübarizə aparmaqda istəklisənsə, səni saxlamağa kimin haqqı ola bilər?”

13) “Əgər bu etmək istədiyin bir şeydirsə, onda et. Döyüşçülər döyüşər”.

14) “Zaman hər kəsi oyundan kənarda buraxar və heç vaxt uduzmaz”.

15) “Dünyanın ən varlı, ən ağıllı ya da ən bacarıqlı insanı deyiləm. Amma, uğur qazandım, çünki davam etdim, davam etdim və davam etdim”.

moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et