COVID dünyanı çətin sınaq qarşısında qoyub | Banco.az

COVID dünyanı çətin sınaq qarşısında qoyub

Koronavirus bəlası dünyada düzgün və məntiqli idarə edilə bilmədi. Həkimlər, alimlər var ki, koronavirus dönəminin yaxşı idarə edilmədiyini, qapanmaların heç bir effekt vermədiyini söyləyirlər. Qapanmalar əksinə iqtisadi çətinliklərə və dünyada ərzaq çatışmazlığına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və həkimlər deyirdi ki, vaksinləşmə sürətlə gedəcək daha sonra kollektiv immunitet yaranacaq, bununla da korona bəlası bitəcək. İndi məntiqli şəkildə məlum olur ki, vaksinləşmənin də heç bir xeyri yox imiş.

Bu sözləri iqtisadçı Natiq Cəfərli koronavorisun yol açdığı iqtisadi çətinliklər, ərzaq qıtlığı, aclıqla bağlı danışarkən bildirib.

Ekspert deyib ki, əgər yenidən yoluxma dalğaları yaranarsa, bu virusun təbliğ edildiyi fikirlərini təsdiqləyəcək:

“Dünya iqtisadiyyatı qapanmaları yenidən qaldıra bilməz. Qapanmalar olarsa, nəyin ki, aclıq elə işsizlik də arta, iqtisadi çətinliklər də yüksələ bilər. Əminəm ki, dünya ölkələri dərslərini alıblar. ÜST-ün marağı isə fərqlidir, büdcələrinə diqqət etsək, koronavirus müddətində görünməyən qədər ianələr toplayıblar. Dünya iqtisadiyyatının da öz alqoritmi var”.

N.Cəfərlinin sözlərinə görə qapanmalar olacaqsa, təhlükələr yenidən dünyanı bürüyəcəksə, iqtisadiyyat buna dayanıqlıq belə göstərə bilməyəcək:

“Hazırda da iqtisadi böhran dalğasının içindəyik, həm infilyasiya yüksəlir, həm də iqtisadi aktivlik azalır. İqtisadiyyatın bu vəziyyətdə olmasının səbəblərindən biri də məhz koronavirusun düzgün idarə edilməməsidir. Ümid edirəm ki, virusun normal xəstəlik olduğunu qəbul edəcəyik və bu məsələ düyanın gündəmindən birdəfəlik çıxacaq. 2020-ci ildəki səhvləri dünya ölkələri yenidən təkrar etsə, iqtisadiyyatda ciddi təlatümlər olacaq. Ərzaq çatışmazlığı ilə nəticələnən aclıq üsyanları ola bilər. Hələlik nə Avropada, nə də Amerikada hökumətlər səviyyəsində qapanmalardan danışılır. Əksinə, COVID-19 məhdudiyyətlərini ölkələr bir-bir aradan qaldırır, amma məhdudiyyətləri yenidən gətirmək cəhdləri var”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert söyləyib ki, Azərbaycanda ərzaqla bağlı ciddi problemlər yoxdur:

“Çünki ərzaq təhlükəsizliyi ilə bağlı ciddi addımlar atılıb. Buğdanın 200 günlük ehtiyatı var, mağazalarda ərzaq çatışmazlığı yoxdur. Amma ölkədə infliyasiya, ciddi qiymət artımı var. Rəsmi rəqəmlərə görə inflyasiya 20% civarındadır. Bu onu göstərir ki, pandemiyanın Azərbaycana da əsas təsiri qiymət artımı və insanların sosial vəziyyətlərinin pisləşməsi oldu”.

modern.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et