Covid-19 əleyhinə peyvəndlər 9 yeni milyarder yaratdı | Banco.az

Covid-19 əleyhinə peyvəndlər 9 yeni milyarder yaratdı

Tamara Mustafayeva, Banco.az

Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən vaksinasiya kampaniyaları dərnəklərinin yaratdığı "The People's Vaccine Alliance" yeni hesabat yayımlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən hesabata görə, Covid-19 əleyhinə peyvəndlərdən əldə edilən gəlir ən az 9 nəfərin milyarder olmasına şərait yaradıb. 

Hesabatda həmçinin Covid-19 peyvəndlərindən sonra ortaya çıxan doqquz yeni milyarderin ümumilikdə 19.3 milyard dollarlıq xalis sərvətinin olduğu və bu sərvətin aşağı gəlirli ölkələrdə yaşayan bütün insanların 1,3 dəfə peyvənd olunmasına kifayət edəcəyi bildirilib.

Yeni peyvənd milyarderləri siyahısının ilk pillələrində isə "Moderna" şirkətinin CEO-su Stefan Bansel və "BioNTech"in CEO-su Uğur Şahin qərarlaşıblar.

Qeyd edək ki, koronavirus peyvəndlərinin mülkiyyət hüququ və patent haqqlarının ləğv edilməsi üçün müxtəlif kampaniyalar həyata keçirən təşkilat və aktivistlərdən ibarət olan "The People's Vaccine Alliance" sözügedən sərvət məlumatlarının "Forbes" nəşrinin varlılar siyahısına istinad etdiyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram