COVİD-19-a baxmayaraq mehmanxanaların sayı artıb | Banco.az

COVİD-19-a baxmayaraq mehmanxanaların sayı artıb

2020-ci ildə Azərbaycanda COVİD-19 koronavris pandemiyasına baxmayaraq mehmanxana və mehmanxana tipli obyektlərin sayı artıb.

2020-ci ilin sonuna Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2019-cu ilin sonuna 642-yə qarşı 655 təşkil edib (artım 2%).

Eyni zamanda, ötən il ərzində Bakıda mehmanxana və bu cür obyektlərin sayı 10 ədəd - 213-ə qədər artıb.

2020-ci il ərzində mehmanxana otaqlarının sayı 1,4% - 24,195 minə qədər, yerlərin sayı – 1,4% - 50,687 minə qədər artıb.

Eyni zamanda, pandemiya səbəbindən, mehmanxana və mehmanxana tipli obyektlərdə əməkdaşların sayı 14% - 10,731 min nəfərədək azalıb.

İntrefaks

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram