Çörəyin qiyməti bahalaşa bilər? – AÇIQLAMA | Banco.az

Çörəyin qiyməti bahalaşa bilər? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Son vaxtlar ölkədə buğda məhsulları və çörəyin istehsalı azalmaqdadır. 2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2,6% azalaraq 1 milyon 328 min 750 tona, çörək isə 3,1% azalaraq 1 milyon 207 min 150 tona düşüb. İdxal həcminin azalması da elə məhz bununla əlaqədardır”.

Banco.az-ın məlumatına görə, bunu iqtisadçı Pərviz Heydərov deyib. O hesab edir ki, un bahalaşmalı deyil, əksinə ucuzlaşmalıdır:

“Buna  həm obyektiv və həm də subyektiv səbəblər var. Unun 7% civarında bahalaşması yalnız spekulyativ amillərin təsirlərinin nəticəsidir. Tezliklər taxıl biçini mövsümü başlayacaq.  Qeyd olunan tendensiya da bilavasitə, idxal ilə məşğul olan dairələrin bazara təsir imkanlarının daha güclü olduğunu göstərir”.

İqtisadçı qeyd edib ki, unun bahalaşması çörəyin qiymətini yüksəltməyəcək:

“Əhalinin istehlak səbətində əsas yer tutan bu strateji məhsulun qiymətində spekulyativ təsir və təzyiqlərə son qoymaq üçün yerli istehsal ilə idxalda inhisarçılıq aradan götürülməli və paralel olaraq da ölkədə çörək və digər un məmulatlarının qiymətləri tədricən sərbəst buraxılmalıdır. Bazar sərbəst olarsa, yerli buğda istehsalı da həm həcmcə, həm də keyfiyyətcə arta bilər. Daxili tələbat müvafiq rəqabət şəraiti yaratmaqla özü bunu stimullaşdıra bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram