Çörək istehlakı niyə azalıb? | Banco.az

Çörək istehlakı niyə azalıb?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır.

Banco.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, 116,3 kq rəqəminə yol kənarında kiçik təndirlərdə istehsal edilən və satılan, balaca çörək sexləri, ev şəraitində əhalinin özü üçün bişirdiyi çörək həcmi daxil deyil.

“Əgər hesablasaq  bu rəqəm 130 kq-ya qədər arta bilər, real yaşayan əhali sayına bölsək, adambaşına günə, təqribən, 350 qram çörək düşür. Bizim mətbəx mədəniyyətində çörək ənənəvi olaraq çox istehlak olunur, amma inkişaf etmiş ölkələrə baxanda bizdə normadan 3-4 dəfə çox çörək istehlakı var.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn, Almaniyada adamdaşına ildə 83 kq çörək istehlak olunur, amma ət istehlakı (quş əti də daxil) 85 kq-dır. Azərbaycanda isə ət istehlakı il ərzində adambaşına cəmi 41 kq düşür. Yəni, ətdən, balıqdan, toyuqdan, başqa bahalı və kalorili yeməklərdən az istefadə etdiyimizə görə, bədənin kalori ehtiyacını günə 350 qram çörək yeməliyik”.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 1 207 152 ton çörək, 120 828 ton bitki yağı, 45 691 ton kərə yağı, 1 036 340 ton şəkər, 15 513 ton isə çay istifadə edilib. Bu dövrdə özünü təminetmə səviyyəsi, çörək üzrə üzrə 99.7%, bitki yağları üzrə 55.7%, kərə yağı üzrə 67.7%, şəkər üzrə 84.4%, çay üzrə 85.5%, duz üzrə isə 101% olub.

Ən sərfəli krediti almaq üçün müraciət et