COREC proqramı nələri vəd edir? | Banco.az

COREC proqramı nələri vəd edir?

Asiya  İnkişaf   Bankının  Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının ekspertlərinin  Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  ASK-nın vitse prezidenti Vüqar Zeynalovla görüşündə  Asiya  İnkişaf   Bankının  Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq  Proqramı çərçivəsində həyata keçirilən  “CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması” layihəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüş zamanı ASK-nın vitse prezidenti Vüqar Zeynalov  Konfederasiyanın nəzdində fəaliyyət göstərən komissiyaların fəaliyyətini, görülmüş işləri  qonaqların diqqətinə çatdırıb. Bildirib ki, Azərbayca Sahibkarlar Konfederasiyasının nəzdində fəaliyyət göstərən 16 komissiyadan biri də “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”dır ki, onun da fəaliyyəti çoxşaxəlidir. Komissiyanın tərkibində ölkəmizdə informasiya kommunikasiya və texnologiyaları sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlər təmsil olunur, onların da əsas məqsədi ölkədə informasiya kommunikasiya və texnologiyaları sahəsində mövcud vəziyyəti analiz edərək, beynəlxalq aləmdə yeni layihələrə imza atmaqdır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyaları Komissiyası”nın haqqında məlumatı olan qonaqlar bu komissiyanın gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacaqlarına  ümid etdiklərini dilə gətiriblər.

Ən sərfəli kredit üçün müraciət et

 Layihənin koordinatoru Konstantin Naumov  bildirib  ki, CAREC  Proqramı çərçivəsində həyata keçirilən  “CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması” layihəsi pilot  olaraq 3 ölkədə həyata keçiriləcək. Qırğızıstan, Qazaxıstan və  Çin daxil olmaqla 2017-ci ildən tətbiqinə başlanacaq.

Qeyd edək ki, ekspertlərin  ölkəmizə səfərinin  əsas məqsədi Azərbaycanda da  müvafiq təşkilatlarla  görüşlər keçirmək,  layihə  haqqında məlumatlandırmaq, əməkdaşlıq etmək üçün yeni tərəfdaşlar tapmaqdır.Həmçinin ticarətin asanlaşdırılması sahəsində  mövcud İKT sisteminin tədqiqatı və Asiya İnkişaf Bankı tərəfindən hazırlanmış hesabatda təklif edilən  regional tranzit zəmanət mexanizminin tətbiq olunması məqsədilə İKT sahəsində prioritet sahələri  müəyyən etmək olub.

Görüşün sonunda müvafiq informasiya kommunikasiya və texnologiyaları şirkətləri ilə əlaqə yaradılacağına dair razılığa gəlinib.

Ən sərfəli krediti almaq üçün müraciət et