Corc Bernard Şoudan 30 ən yaxşı sitat | Banco.az

Corc Bernard Şoudan 30 ən yaxşı sitat

Çalışın ki, Sevdiyinizi əldə edəsiniz. Yoxsa əldə etdiyinizi sevməli olacaqsınız.

Corc Bernard Şou - ədəbiyyat sahəsində “Nobel” mükafatı almış və “Oskar”-a layiq yeganə insandır. Dövrünün görkəmli tənqidçisi, həm də ingiliscə yazan dramaturqlar içərisində Şekspirdən sonra ən məşhurudur. Onun hədəfə tuş gələn sitatları onun dünya görüşünün bütün dərinliyini ortaya qoyur.

• Dünya - işləmədən pul qazanmaq istəyən çoxlu sayda avara insanlardan və varlanmadan işləməyə hazır olan çoxlu sayda axmaqlardan ibarətdir.

• İnqilablar heç zaman tiran yükünü azaltmayıb; onlar sadəcə bu yükü bir çiyindən digərinə keçirib.

• Qəzet – bir çap orqanıdır. Onun üçün velosipeddən yıxılma ilə hər hansı bir cəmiyyətin uçurma yuvarlanması arasında heç bir fərq yoxdur.

• Mənim zarafat etmək üslubum – həqiqəti deməkdən ibarətdir. Dünyada bundan daha gülməli heç nə yoxdur.

• Uğurun sirri ondan gizlənir ki, mümkün qədər daha çox insanda hiddət və acıq hissi oyada biləsən.

• Kişiləri sevin. Onlara sizin sevginiz çox lazımdır. Hətta onlar bunu heç zaman etiraf etməsələr də. Hər bir dahi kişinin arxasında, ona inanan və onu həqiqətən də sevən qadın dayanıb.

• İnsanlar ən çox onlara qəti aidiyyatı olmayan şeylər ilə maraqlanır.

• Əgər mənim qonşum öz həyat yoldaşını hər gün döyürsə, mən isə heç vaxt döymürəmsə, statistikaya əsasən biz öz xanımlarımızı bir gündən bir döyürük.

• Əgər siz sevdiyiniz insanlardan ötrü çoxlu fədakarlıqlar etməklə başlayır, hər dəfə özünüzü qurban verirsinizsə, bunun sonu məhz o qurbanları verməli olduğunuz insanlara nifrət ilə nəticələnir.

• Öz yaxınına qarşı ən böyük günah – nifrət deyil –laqeydlik, biganəlikdir: insanlıqdan uzaq olmanın ik nöqtəsi özünü məhz biganəlikdə göstərir.

• Bizim – xoşbəxtliyi istehsal etmədən, onu tükətməyə haqqımız yoxdur.

.• Ədəbsizlik ilə istənilən bir kitabda qarşılaşmaq olar, telefon sorğu kitabçasından savayı.

• Kiminsə tərcümeyi-halını oxuyarkən yadda saxlayın, həqiqət heç zaman dərc edilmək üçün yaramır.   

Ən sərfəli kredit üçün müraciət et

•İdeal ər – öz xanımını ideal hesab edən kişidir.

• Tənhalığa dözmək və ondan zövq ala bilmək – böyük bir vergidir.

•Səmimi olmaq qorxulu deyil, üstəlik də əgər siz axmaqsınızsa.

• Həyat özünü-axtarış deyil, o, özünü-yaradışdır.

• Şənlənməyi bacaran insanların pulu yoxdur, pulu olan insanlar isə şənlənməyi bacarmır.

•Bəzən insanları güldürmək lazımdır ki, onları sizi asmaq fikrindən yayındırasınız.

• Əzabkeşlik – heç bir qabiliyyət olmadan məşhurlaşmağın yeganə yoludur.

• Nifrət – keçirtdiyi qorxu hissinə görə qorxaq insanın qisasıdır.

• Oğru –oğurlayan deyil, oğurluq üstündə tutulandır.

•Əgər xoşbəxtliyi təqib edərək, bir zaman ona qovuşa bilsəniz, onda öz eynəyini axtaran qoca qarı kimi aşkar edəcəksiniz ki, o hər zaman burnunuzun ucunda olub.

• Bacaranlar edir, bacarmayanlar isə başqalarını öyrədir.

• Qocalmaq darıxdırıcıdır, amma bu uzun yaşamağın yeganə yoludur.

• Tarixdən dərs ala biləcəyimiz yeganə dərs odur ki, insanlar tarixdən dərs çıxarmağı bacarmır.

• Əgər sizdə alma varsa, məndə də alma var. Əgər biz onları dəyişsək, yenə də hərəmizdə bir alma olur. Əgər sizdə ideya varsa və məndə də ideya olsa və biz onları dəyişsək, onda hərəmizdə iki ideya olacaqdır.

• Mənim məşhurluğum hər uğursuzluğum ilə daha da artırdı.

•İnsan kərpic kimidir – yandıqca möhkəmlənər.

• İndi biz quşlar kimi səmada uçmağı və balıq kimi suda üzməyi öyrənəndən sonra yalnız bir şey çatışmır: insan kimi Yür üzündə yaşamağı öyrənmək.

Könül Soltanova, [email protected]