COO CEO-dan necə fərqlənir? | Banco.az

COO CEO-dan necə fərqlənir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Şirkətlərdə CEO dan sonra gələn ən nüfuzlu şəxs COO adlanır.

COO-nun Azərbaycan dilində qarşılığı “əməliyyatlar üzrə baş direktor “, əməliyyatdan məsul olan rəhbər şəxs mənalarını ifadə edir.

Banco.az-ın məlumatına görə, CEO şirkətin gələcəyini planlayan şəxs olduğu halda COO isə şirkətin gündəlik işini idarə etməkdən məsuldur.

Əməliyyatlar üzrə direktorun görəcəyi işlər şirkətin və onun fəaliyyət göstərdiyi sektorun ölçüsündən asılı olaraq dəyişir. Məsələn,  CEO ABŞ prezidenti vəzifəsi yerində olarkən, COO prezident köməkçisi vəzifəsindədir.

COO-nun əsas vəzifələri aşağıdakılardır:

  1. Gündəlik iş fəaliyyətlərinin idarə edilməsi: Bu fəaliyyətlərə şirkətin müxtəlif bölmələrinin, məsələn, istehsalat, satış, xidmətlər, və müştəri dəstəyi kimi fəaliyyətlərini idarə etmək daxildir.
  2. Strategiyaların tətbiqi: Şirkətin uzunmüddətli strategiyalarını həyata keçirmək və onların gündəlik fəaliyyətlərə uyğunlaşdırılmasını təmin etmək üçün strategiyaların tətbiqi önəmlidir.
  3. Performansın təhlili və yaxşılaşdırılması: Şirkətin əməliyyat performansını qiymətləndirmək, proseslərin effektivliyini artırmaq və mümkün olan problemləri həll etmək COO-nun görəcəyi işlərə aiddir.
  4. Resursların idarə edilməsi:  Bura insan resursları, maliyyə və digər resursların optimal şəkildə idarə olunmasını təmin etmək daxildir.
  5. Müdürlərin idarə edilməsi: Şirkət daxilindəki digər idarəçilərlə və müdirlərlə sıx əməkdaşlıq, onların işlərini koordinasiya  və rəhbərlik etmək tapşırığı da COO-nun iş funksiyalarından biridir.

Qeyd edək ki, COO adətən CEO (Chief Executive Officer) ilə yaxından işləyir və şirkətin strateji məqsədlərinə çatmaq üçün əməliyyat aspektlərini idarə edir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, COO sahəsində işləmək istəyən şəxslər 4 illik  biznes, iqtisadiyyat, mühəndislik kimi ixtisas sahələrini bitirməlidir. Şirkətlərdə uzun müddət işləyərək təcrübə və biliyini artırıb bu vəzifəni icra etmək yolunda irəliləyə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et