“Consulting” şirkətləri haqqında - Kimlərdir? Nə işlə məşğuldurlar? | Banco.az

“Consulting” şirkətləri haqqında - Kimlərdir? Nə işlə məşğuldurlar?

Təşəbbüskarın uğurlu bir iş yaratmaq üçün bazar tendensiyalarını, istehlakçıları, rəqabəti və hər şeyi nəzərə almaq kimi bir çox öhdəliyi var. Konsultasiya Şirkətləri təşkilatda mövcud olmayan və ya müəyyən bir müddət ərzində mövcud struktura lazımı effektiv peşəkar xidmət göstərir.

Mövcud iqtisadi mühitdə müəssisələrin xərcləri aşağıda saxlayarkən fərqlənmək, əməliyyatlarını gücləndirmək və gəlirlərini artırmaq yollarını tapması vacibdir. Bu kimi böyük və əsas hətta şirkətin dəyərinə bilavastə təsir göstərən məsələlərlər ilə məşğul olmaq çətin və yorucu ola bilir. Ola bilsin ki, bu kimi öhdəliklərin tamamını və ya bir hissəsini, bölməsini (Satış, Muhasibat, Marketing və s.) konsaltinq şirkətlərinə həvalə etmək heç də pis fikir deyil.

Beləliklə kimdi bu Məsləhətçilər (Konsultant).

Müxtəlif şirkətlərdə ixtisaslarına uyğun olaraq uzun təcrübə keçmiş, eləcədə həm nəzəri həm də praktiki baxımdan güclü bazası olan fərdlər və ya işdən azad olunmuş insanlar, bu insanlardan təşkil olunmuş şirkətlər.

Ola bilsin ki, bu məsləhətçilər, gündəlik iş rejimində çalışan işçilər olsun, onlar iş vaxtından sonra müstəqil konsultasiya xidməti göstərə bilirlər.

Bəs nə üçün həmin ixtisasda təhsil almış insanları bir başa işə götürməyək?

Analiz.

 

İşçi götürmək.

 

 

Müsbət cəhətləri

Mənfi cəhətləri

 

  • Ofisdə mövcudluğu var və gördüyü işə nəzarət oluna bilir

 

  • Fix maaş qarşılığında bir çox məsuliyyətlər yüklənə bilir.

 

  • Yüksək maaş (xərc kimi)
  • Yeni götürülən işçiyə yerləşmə xərcləri (masa, komputer və s.)
  • Ofisdə yerlərdən biri və daha çoxnun tutulması.
  • İşçiyə görə dövlət rüsumlarının ödənilməsi.

 

Ən sərfəli kredit üçün müraciət et

 

 

Konsultasi xidmətindən istifadə etmək

Müsbət cəhətləri

Mənfi cəhətləri

 

  • Təxminən 3 dəfəyə yaxın qənaət edərək eyni xidmətin alına bilinməsi
  • İstənilən vaxt müəyyən problem və ya xidmətlə bağlı sualların, tapşırıqların verilə bilinməsi.
  • Məsləhətçilər ofisdə yer tutmur.
  • Onlar barədə dövlət ödənişləri kimi sıxıntının olmaması.
  • Hər bir sahə ayrı mütəxəssis tərəfindən incələnir.(vergi, gömrük və s.)

 

 

  • Artan xidmət qarşılığında qiymətlərin az da olsa artması.

 

Fuad Vahabzadə, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et