Consonun Brexit müqaviləsi sənədi Parlamentdə rədd edilib | Banco.az

Consonun Brexit müqaviləsi sənədi Parlamentdə rədd edilib

Böyük Britaniya hökumətinin Brexit müqaviləsini 3 gün ərzində İcmalar Palatasından keçirməyi hədəfləyən əlavəsi rədd edilib.

Hökumətin Brexit müqaviləsini 3 gün ərzində İcmalar Palatasından keçirməyi hədəfləyən əlavəsi 308-ə qarşı 322 səslə rədd edilib.

Bu nəticənin ardından Baş Nazir Boris Conson qanun layihəsinin İcmalar Palatasındakı irəliləyişini dayandıracağını açıqlayıb.

 

Avropa İttifaqı, liderlərdən Brexit-in təxirə salınmasını tələb edəcək

Ən sərfəli kredit üçün müraciət et

Avropa İttifaqı (Aİ) Şurasının Sədri Donald Tusk, "Müqaviləsiz Brexit-ə mane olmaq üçün 27 üzv ölkənin Böyük Britaniyanın uzatmaq tələbini qəbul etməsini istəyəcəyəm", -açıqlaması edib.

Tusk, Böyük Britaniya hökumətinin Brexit müqaviləsini 3 gün ərzində İcmalar Palatasından keçirməyi qarşısına məqsəd qoyan əlavənin rədd edilməsinin ardından Twitter hesabından bir mesaj paylaşıb:

"Böyük Britaniyanın Baş naziri Boris Consonun Brexit sazişinin ratifikasiyasını dayandırmaq qərarının ardından müqaviləsiz Brexit-ə mane olmaq üçün 27 üzv ölkənin Böyük Britaniyanın uzatma tələbini qəbul etməsini istəyəcəyəm".

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et