Conni Depp ilk kolleksiyasındakı rəsmləri 3,65 milyon dollara satıb | Banco.az

Conni Depp ilk kolleksiyasındakı rəsmləri 3,65 milyon dollara satıb

Amerikalı aktyor Conni Depp Böyük Britaniyanın "Castle Fine Art" internet mağazasında ilk "Friends And Heroes" kolleksiyasındakı portretləri 3 milyon funta (3,65 milyon dollar) satıb.

Bu barədə "Sky News" televiziya kanalı bildirib.

Məlumatına görə, əl ilə işlənmiş elementləri olan qravürlər C.Deppi ilhamlandıran dörd insanın portretlərindən ibarətdir: müğənni Bob Dilan, aktyor Al Paçino, aktrisa Elizabet Taylor və "Rolling Stones" qrupunun gitaraçısı Keyt Riçards portretləri.

Bir rəsmin qiyməti 3,95 min funt sterlinq (4,8 min dollar) təşkil edib və dörd təsvirdən ibarət dəst 14,95 min funta (18,1 min dollar) almaq olardı.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et