"ColaPhone" adlı smartfonun ilk görüntüsü yayımlanıb | Banco.az

"ColaPhone" adlı smartfonun ilk görüntüsü yayımlanıb

Müəllif - Aida İsaq, Banco.az

"Twitter"də "Coca-Cola" brendinə məxsus "ColaPhone" adlı smartfonunun ilk görüntüsü yayımlanıb.

Banco.az xəbər verir ki, smartfonun arxa hissəsinin qırmızı rəngdə olduğu və üzərində "Coca-Cola" yazısı ilə dizayn olunduğu məlum olub. Model iki əsas kameraya sahibdir. Səs düymələri isə smartfonun sağ tərəfində yerləşir.

Qeyd edək ki, müvafiq modelin texniki təfərrüatları, hansı tarixdə təqdim olunacağı və istehsal məqsədi barəsində məlumatlar açıqlanmır.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et