“Coinbase” gündə neçə milyon dollar qazanır? | Banco.az

“Coinbase” gündə neçə milyon dollar qazanır?

“Coinbase” dünyanın ən böyük, ən populyar və amerikalı investorlar baxımından ən əhəmiyyətli kriptovalyuta dövriyyəsi platformasıdır. Portal üçün 2017-ci il olduqca məhsuldar keçdi. Bəs, “Coinbase” nə qədər qazandı?

Milyardlar

ABŞ-ın ən böyük valyuta dəyişilməsi şəbəkəsi verdiyi açıqlamaya görə, ötən il bir milyard dollardan çox gəlir əldə edib. Bu, “Coinbase”-in hər gün 2.74 milyon dollar qazandığını göstərir. Gəlirin böyük bir hissəsi əməliyyatlardan əldə olunan komisyon xərclərindən gəlir. Son 24 saat ərzində investorlar “Coinbase” vasitəsilə 36 min BTC ticarəti reallaşdırıb, bu da ümumi həcmin 15% -ni təşkil edir.

Bəzi investorlar “Coinbase” ilə əməkdaşlıq etmək istəyirlər. Ancaq problem ikinci dərəcəli kapital tərəfdaşlığının qarşısını almaq üçün çalışan şirkət siyasətindədir. Bunun səbəbi məlumatlara girişin bərabər olmamasıdır. “Coinbase” həmçinin müqavilənin şərtlərinə uyğun gəlməyənlərə qarşı lazımlı addımlar atmayacağını da qeyd edib.

İctimaiyyətə yeni təklif

Xüsusi kapital bu cür mənfəətli ictimaiyyətə təklif vermək mövzusunda istəkli olacaq, ancaq problem budur ki, “Coinbase” özəl investorlara ehtiyac duymur.

Buna baxmayaraq, “Coinbase” bu sənaye üçün istisna deyil. Kriptovalyutaların 2017-ci ildə xüsusi məşhurlaşması ilə bərabar bir çox birja gəlirlərini artırdı.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az