"Coca-Cola"nın satışları üçüncü rübdə azalıb | Banco.az

"Coca-Cola"nın satışları üçüncü rübdə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Coca-Cola” şirkətinin satışları üçüncü rübdə azalıb.

Banco.az xəbər verir ki, “Coca-Cola”nın 27 sentyabrda sona çatan üç aylıq dövr üzrə açıqladığı balans hesabatına görə, şirkətin gəlirləri üçüncü rübdə 1 faiz azalaraq 11,9 milyard dollara düşüb.

Şirkətin xalis mənfəəti isə 8 faiz azalaraq 2,85 milyard dollar olub.

Sözügedən dövrdə “Coca-Cola”nın orta gündəlik satış həcmi də 1 faiz azalıb.

Şirkətin üçüncü rübdə Avropa, Yaxın Şərq və Afrika regionundakı zəif nəticələri diqqət çəkib ki, bu regionlarda əldə etdiyi gəlir 7 faiz azalaraq 2 milyard dollara düşüb. Avropa, Yaxın Şərq və Afrika regionunda orta gündəlik satış həcmində isə 2 faiz azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Üçüncü rübdə Braziliya, Filippin və Yaponiyada artan “Coca-Cola”nın orta gündəlik satış həcmi Çin və Meksikada azalıb.

Xatırladaq ki, şirkət İsraili dəstəkləyən beynəlxalq şirkətlərə qarşı boykotların hədəfinə çevrilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram