"Coca-Cola"dan yay ayları üçün məxsusi dizayn | Banco.az

"Coca-Cola"dan yay ayları üçün məxsusi dizayn

Tamara Mustafayeva, Banco.az

Coca-Cola şirkəti adətən məxsusi dizayn nümunələri ilə müştərilərinin özlərini xüsusi hiss etməsi üçün çalışır. Məsələn, üzərində adlar əsk olunmuş kola butulkaları seriyası bir neçə il əvvəl hər kəsin böyük marağına səbəb olmuşdu.

Şirkət bu il də xüsusi olaraq dizayn edilən butulka qablaşdırmalarının üzərində yay aylarının ənənəvi fəaliyyətləri haqqında kiçik şeirlərə yer verib. 24 müxtəlif şeir nümunəsi ilə təqdim edilən dizaynlara barbekyu qonaqlığı, ailə ziyarəti, çimərlik xatirələri, məktəbin sonuncu günü kimi hadisələr daxil edilib.

Coca-Cola Summer Packaging Finals

Qeyd edək ki, müştərilərinə sözügedən qablaşdırma dizaynları ilə əyləncəli dəqiqələr yaşadan "Coca-Cola"nın bu butulkaları 8 avqust tarixinədək "Coca-Cola" və "Coca-Cola Zero Sugar" məhsullarının üzərində əks olunacaq. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram