Coca-Cola yeni reklam filmi yayımladı | Banco.az

Coca-Cola yeni reklam filmi yayımladı

Tamara Mustafayeva, Banco.az

Coca-Cola şirkəti Wieden + Kennedy London reklam agentliyi tərəfindən hazırlanan yeni reklam filmini yayımlayıb. Amerikalı reper Taylera aid olan reklamın musiqisi isə İngiltərədə böyük əks-səda doğurub.

İngiltərədə həyata keçirilən bir anket soruğusu nəticəsində insanların 25%-nin kola içməyin bəxş etdiyi əyləncə hissini vurğulamasından sonra ərsəyə gələn bu reklam filmi kola bankasını açmağın misilsiz hissini sözlərin köməyi olmadan təsvir etməyi hədəfləyir.

"Open That Coca-Cola" (Bu Coca-Cola-nı aç) adlı yeni reklam kampaniyası Birləşmiş Krallıqda televiziya, radio və sosial media vasitələrində, həmçinin açıq hava afişalarında əks etdirilib. Şirkət bu reklam filmi ilə həm də insanları kola içərək rəqs edib video çəkməyə və sosial şəbəkələrdə paylaşmağa da səsləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et