Coca-Cola yeni "Minimal Qablaşdırma" dizaynını təqdim etdi | Banco.az

Coca-Cola yeni "Minimal Qablaşdırma" dizaynını təqdim etdi

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, Coca-Cola şirkəti axırıncı dəfə 2016-cı ildə qablaşdırmalarının dizaynında dəyişiklik etmiş və o zamandan bəri həmin dizayn nümunəsindən istifadə edirdi. Bir neçə gün əvvəl isə şirkət yenidən qablaşdırma dizaynını yeniləyib. 

Coca-Cola tərəfindən dizayn edilən bu yeni görünüş markanın ümumi imicinə daha minimal yanaşma qazandırır. Belə ki, əvvəlki qablaşdırmada istifadə edilən qırmızı rəngli disk və dalğa cizgilərinə yeni dizaynda yer verilməyib. Coca-Cola yenidən markalaşdırma cəhdlərini bütün Coca-Cola versiyalarını əks etdirən bəsit və intuitiv naviqasiya sistemi yaratmaq üçün həyata keçirdiyini bildirib.

Şirkətin qlobal miqyasda tanınan "Coca-Cola Qırmızısı" adlı "Coca-Cola Zero" üçün də yeni qablaşdırma dizayn edilib. "Orjinal Coca-Cola"da qırmızı üzərində ağ, "Coca-Cola Zero"da qırmızı üzərində qara və "Dietik Coke" üçün isə gümüşü rəng üzərində qırmızı yazı əks etdirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Coca-Cola Zero"nun yeni dizaynı Avropa və Latın Amerikasında artıq bazara çıxarılıb. Yeni dizaynların 2022-ci ilə qədər tamamlanması gözlənilir. Proses başa çatdıqdan sonra isə digər məhsullar da bazara çıxarılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et