Coca-Cola şirkəti niyə plastik qablaşdırmadan imtina edə bilmir? | Banco.az

Coca-Cola şirkəti niyə plastik qablaşdırmadan imtina edə bilmir?

Şirkətin dayanıqlı inkişaf şöbəsinin müdiri Bea Perez “BBC”yə açıqlamasında deyib ki, “Coca-Cola” plastik şüşələrdən onlara olan böyük tələbat səbəbindən imtina etməyi planlaşdırmır. Onun sözlərinə görə, istehlakçılar şüşənin yüngül olmasını və bir neçə dəfə bağlanıb açıla bilməsini xoşlayır.

Həmçinin oxu: Ketçup şüşəsinin sayəsində milyonçuya çevrilən Paul Braunun hekayəsi

Bundan əlavə, yalnız alüminium və ya şüşə qablardan istifadə karbon izini artıra bilər. Bunun əvəzinə “Coca-Cola” daha çox plastik emal etməyi planlaşdırır. Belə ki, 2030-cu ilədək şirkət istifadə etdiyi qədər plastik şüşəni təkrar emaldan keçirəcəyinə dair söz verdi. Elə həmin il istehsalçı məhsul qablaşdırılmasında təkrar emal edilə bilən materialların ən azı 50%-nin istifadə edilməsini proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

“BBC”nin məlumatına görə, “Coca-Cola” hər il təxminən 3 milyon ton plastik qablaşdırma istehsal edir. Bu, dəqiqədə 200 min butulkaya bərabərdir.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et