"Coca-Cola" Rusiyada satış və istehsalı dayandırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Coca-Cola" Rusiyada satış və istehsalı dayandırıb

Qazlı içkilər istehsalçısı “Coca-Cola”-nın Rusiyadakı distribyutoru - "Coca-Cola Hellenic Bottle Company" (Coca-Cola HBC) ölkədə içkilərin istehsalını və satışını dayandırdığını elan edib.

Bu barədə şirkətin bəyanatında qeyd olunur.

Qeyd olunur ki, distribyutorun rusiyalı müştərilərinə tədarük olunmuş məhsullar artıq tükənmək üzrədir. Bundan sonra isə yeni tədarük və ya istehsal partiyası olmayacaq.

"Coca-Cola HBC" Rusiyada və digər ölkələrdə şirkətin brendlərinə məxsus içki fabriklərinin sahibidir.

Xatırladaq ki, martın əvvəlində "Coca-Cola" Rusiyadakı fəaliyyətinin dayandırıldığı barədə məlumat yaymışdır. Bununla belə, ölkədə məhsulun istehsalı və satışı davam etdirilirdi.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram