Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın CNN xəbər kanalı yüzlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNBC məlumat yayıb.
Qeyd olunub ki, CNN hazırda biznesini qlobal rəqəmsal auditoriyaya yönəldir. Bu baxımdan, ixtisarlar telekanala istehsal xərclərini azaltmağa və işçi qruplarını birləşdirməyə kömək edəcək.
Mənbələrin məlumatına görə, CNN-in ən tanınmış simaları işdən çıxarılmayacaq.
Bundan əlavə, bəzi televiziya şoularının çəkilişləri pula qənaət etmək üçün Nyu-York və Vaşinqtondan Atlantaya köçürülə bilər. Burada onların istehsalı daha ucuz başa gələcək.
Qeyd edək ki, hazırda CNN-də 3,5 minə yaxın işçi çalışır.