Clubhouse pul qazandıran "Payments" funksiyasını təqdim etdi | Banco.az

Clubhouse pul qazandıran "Payments" funksiyasını təqdim etdi

Tamara Mustafayeva, Banco.az

Bazar dəyərinin 1 milyard dollar olduğu ehtimal edilən və hələ 1-ci ilini başa vurmamış Clubhouse tətbiqi artıq istifadəçilərin platformadakı ən bəyəndikləri kontent yaradıcılarına və ya spikerlərə pul göndərmələrinə imkan yaradacaq. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət "Clubhouse Payments" funksiyasını kontent yaradıcılarının birbaşa ödəniş qəbul etməsini təmin edən bir neçə funksiyadan təkcə ilki olaraq təqdim edib.

Proses belə reallaşdırılır: Hər hansı bir istifadəçi pul göndərmək istədiyi kontent yaradıcısının profilinə daxil olmaqla pul göndər seçiminə klikləyərək istənilən məbləğdə ödəniş həyata keçirə bilir. Virtual bəxşiş qutusu kimi dəyərləndirilən sistemdə hazırda ödənişlə birlikdə ismarıc göndərilməsinə izn verilmir.

Sözügedən funksiyanın hazırlanmasında "Stripe" adlı fintek şirkəti ilə əməkdaşlıq edən Clubhouse istifadəçilər tərəfindən ödənilən vəsaitin hamısının kontent yaradıcılarına çatacağını, bununla yanaşı pul göndərən şəxsin "Stripe"a da az miqdarda əməliyyat haqqı ödəyəcəyini də bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Clubhouse-un ödəniş funksiyası hazırda kiçik qrup daxilində sınaq mərhələsindən keçir, daha sonra isə bütün istifadəçilərə şamil ediləcək. Ancaq sınaq qrupuna kimlərin daxil edildiyi bəlli deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et