"Citigroup" qızılın qiymətinə dair proqnozunu azaldıb | Banco.az

"Citigroup" qızılın qiymətinə dair proqnozunu azaldıb

ABŞ-ın "Citigroup" maliyyə holdinqi bu ilin sonuna qədər dünya bazarında qızılın 1 unsiyasının qiyməti ilə bağlı proqnozunu 5,7% azaldaraq 1 575 ABŞ dollarından 1 485 dollara endirib. 

Bununla belə, holdinqin mütəxəssisləri ortamüddətli perspektivdə qızılın qiymətinin yenidən rekord həddə çatacağı qənaətindədir. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, hazırda əmtəə birjalarında qızılın 1 unsiyası 1 470 dollara alınıb-satılır. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et