Citigroup: "Qızılın bahalaşması davam edəcək" | Banco.az

Citigroup: "Qızılın bahalaşması davam edəcək"

İri beynəlxalq maliyyə konqlomeratı "Citigroup", qızılın S&P 500 İndeksi qarşısındakı texniki səviyyəsini qırması vəziyyətində,"ralli"sini (bahalaşmanı) davam etdirəcəyini açıqlayıb.

"Citigroup"un stajlı texniki strateqi Shyam Devani bildirib ki, qızıl Milad bayramınadək  25% bahalaşa bilər. 

Bu il qızıl qlobal ticarət gərginlikləri, səngiyən qlobal iqtisadi artım və investorların qızıla tələblərinin güclənməsi ilə bahalaşıb və unsiyasının qiyməti 1500 dolları keçərək altı ilin ən yüksək səviyyəsini görüb.

"Buğa"lar arasında yer alan "UBS Group AG", qiymətin növbəti 12 aylıq dövrdə, mərkəzi bankların pul siyasətini yumuşaltmaları (faiz endirmələri) və  "exchange traded" fondlarına (ETF) girişlərin təsiri ilə 1650 dollar səviyyəsinə qalxa biləcəyi proqnozunu verib.

Bu dəqiqələrdə qızılın unsiyası 1542 dollardır. Qızıl bu il 20 faiz bahalaşıb.

Marja