"Citibank": Noyabrın 30-da neft bazarı iştirakçılarını bədbin nəticə gözləyə bilər | Banco.az

"Citibank": Noyabrın 30-da neft bazarı iştirakçılarını bədbin nəticə gözləyə bilər

"Neft bazarı həddindən artıq OPEC+ anlaşmasının uzadılmasına inanır. Baza ssenarimizdə noyabrın 30-da Vyanada keçiriləcək iclasda anlaşmanın uzadılması qərarının olmayacağı variantı yer alır. Bu isə investorların əhval-ruhiyyəsini poza bilər". 

Bu açıqlamanı ABŞ-ın nüfuzlu "Citibank" investisiya bankının Xammal bazarları Departamentinin rəhbəri Ed Mors (Ed Morse) "Bloomberg" agentliyinə müsahibəsində verib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, B.Britaniyanın "Barclays" investisiya bankı isə 30 noyabr anlaşmasında uzadılma müddətinin deyil, hasilat kvotalarının azaldılması qərarının neft bazarına müsbət təsir edəcəyini bildirib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et