"Citibank": Neft bazarı təklif qıtlığı ilə üzləşəcək | Banco.az

"Citibank": Neft bazarı təklif qıtlığı ilə üzləşəcək

"Neft bazarında 2018-ci ildə izafi təklif əvəzinə təklif qıtlığına hazırlaşmaq lazımdır". "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, belə bir proqnozu ABŞ-ın nüfuzlu "Citibank"ı yayıb.

Bankın Qlobal xammal bazarları Departamentinin müdiri Ed Mors (Ed Morse) hesab edir ki, OPEC-dəki 5 ölkə - Liviya, Nigeriya, Venesuela, İran və İraqın neft hasilatı bu il maksimum həddə çatıb: "Lakin kəşfiyyat və tədqiqat işlərinə ayrılan investisiyaların azalması səbəbindən 2018-ci ildə hasilatda artım əvəzində geriləmə riski ilə qarşılaşa bilərik".

Ən sərfəli kredit üçün müraciət et

Sinqapurdakı "S&P Global Platts APPEC" konfransında çıxış edən Mors qeyd edib ki, neft bazarında OPEC hasilatının önəmli dərəcədə arta biləcəyi ilə bağlı risklər var: "Lakin əksinə, bazarda qıtlıq görə bilərik".

Ən sərfəli krediti almaq üçün müraciət et