Müəllif - Aida İsaq, Banco.az
“Citi Group” qlobal iqtisadiyyat üçün artım proqnozlarını yüksəldib.
Banco.az xəbər verir ki, ABŞ, Avrozona və Çinin güclü performansına diqqət çəkən şirkət 2023-cü il üçün qlobal artım proqnozunu 2,2 faizdən 2,3 faizə doğru artırıb. Eyni zamanda qurumun ekspertlərinin sözlərinə görə, keçən ay Atlantik okeanının hər iki tərəfində təzyiqlərə səbəb olan kəskin maliyyə gərginliyinin səngiməyə davam edəcəyi gözlənilir.
Qeyd edək ki, “Citi Group” 2024-cü il üçün qlobal artım proqnozunu 2,5 faizdən 2,1 faizə endirib.
Bizi sosial şəbəkələrdən izləyin!!